AZ

BEA: Strateji neft ehtiyatlarının istifadəsi nəzərdən keçirilir

Qahirə, 11 mart, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyi (IEA) strateji neft ehtiyatlarından böyük həcmdə buraxılış nəzərdən keçirir. Bu, qərar agentliyin tarixində ən böyük addım ola bilər.

AZƏRTAC “Bloomberg – Şərq” agentliyinə istinadla xəbər verir ki, qərarın bu gün qəbul edilməsi gözlənilir.

Adının açıqlanmasını istəməyən mənbənin “Bloomberg”ə verdiyi məlumata görə, agentlik bazara 300-400 milyon barel arası neft buraxmağı təklif edib.

Hökumətlər Yaxın Şərqdəki müharibə nəticəsində enerji qiymətlərində artımı “cilovlamağa” çalışırlar. Bazar ertəsi London birjasında neftin qiyməti bir barel üçün təxminən 120 dollara qədər artıb.

Fransanın maliyyə naziri Rolan Leskür bildirib ki, G7 liderlərinin görüşündə strateji neft ehtiyatlarının buraxılması məsələsi də müzakirə olunacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
16
1
azertag.az

2Mənbələr