AZ

2025-ci ildə hər 100 min nəfərə təxminən 21 vərəm xəstəsi aşkar edilir - RƏSMİ

"Vərəm xəstəliyinə görə nəzarət hökumətimiz, dövlətimiz və Səhiyyə Nazirliyi tərəfindən çox ciddi şəkildə aparılır. Azərbaycanda yaşayan vətəndaşlar üçün vərəm müayinəsi və vərəm müalicəsi tam pulsuz şəkildə təşkil olunub. Yeni, müasir müalicəyə və müasir müayinəyə əlçatanlıq bütün insanlar üçün mümkündür".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirdi.

Onun sözlərinə görə, erkən və sürətli diaqnostika vərəmin diaqnostikasını tezləşdirir, xəstənin lazım olduqda müalicəyə qoşulma müddətini daha da azaldır və dərhal xəstəyə lazım olan müalicəni təklif etməyə imkan verir:

"Əlbəttə ki, bu səylərin və böyük işlərin nəticəsində illərdir izlədiyimiz vərəmə görə statistik göstəricilər bu il də yaxşılaşma istiqamətindədir. Bizi ən çox maraqlandıran ilk statistik göstərici vərəmə görə xəstələnmədir, yəni ildə yüz min nəfərə bölünmək şərti ilə neçə ilkin vərəm xəstəsi aşkar edilir. Qeyd etmək istərdim ki, əgər on il bundan qabaq, 2015-ci ildə bu rəqəm 45,5 idisə və yüz min nəfərə 45-42 xəstə aşkar edilirdisə, 2025-ci il üçün bu göstərici artıq 21, 5-dir. Yəni yüz min nəfərə təxminən 21 yeni vərəm xəstəsi aşkar edilir. Bu da çox böyük bir nailiyyətdir".

Nuriyyə NATİQQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr