
“İranın nüvə silahı əldə etməsinə və Avropanı hədəfə ala biləcək raket imkanlarını inkişaf etdirməsinə imkan verilməməlidir”.
Missiya.Az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
O bildirib ki, belə bir ssenari xüsusilə İtaliya və digər Avropa ölkələri üçün ciddi təhlükə yarada bilər.
Siyasətçinin sözlərinə görə, ayətullah rejiminin nüvə silahı və uzaqmənzilli raket imkanlarına sahib olması qəbuledilməzdir.
Bununla yanaşı, Meloni ölkəsinin İrana qarşı hər hansı hərbi əməliyyatda iştirak etmədiyini və belə bir niyyətinin olmadığını vurğulayıb.
Daşqın HəsənovMissiya.Az