AZ

Rusiyalı milyarderlərin sayı ARTDI

2026-cı ildə "Forbes" qlobal siyahısındakı rusiyalı milyarderlərin sayı rekord həddə, 155-ə çatıb.

Musavat.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlanması və fond bazarının çöküşü ilə siyahıdakı rusiyalı milyarderlərin sayı 88-ə düşmüşdü.

Lakin son dörd ildir ki, bu rəqəm davamlı olaraq artır.

Bu il siyahıdakı ən varlı rusiyalı "Severstal" şirkətinin həmtəsisçisi Aleksey Mordaşov olub.

"Forbes" qlobal reytinqində 57-ci yerdə qərarlaşan Mordaşovun sərvəti il ərzində 28,6 milyard dollardan 37 milyard dollara yüksəlib. Rusiyalılar arasında ikinci yeri "Norilsk Nikel" və "T-Bank"ın həmtəsisçisi Vladimir Potanin tutur. O, ümumi reytinqdə 79-cu sıradadır və son bir ildə sərvəti 5,5 milyard dollar artaraq 29,7 milyard dollara çatıb.

"Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərov da ən varlı üçlükdə yer alır. Onun sərvəti 29,5 milyard dollar qiymətləndirilir və "Forbes" qlobal reytinqində 81-ci sıradadır.

Bu il "Forbes" siyahısına ilk dəfə 14 yeni rusiyalı milyarder daxil olub. Onların arasında Macarıstandakı ən böyük şirkətlərdə (Kafijat və MGTR Alliance investisiya holdinqləri) Ruslan və Timur Rəhimkulov qardaşları (müvafiq olaraq 1,9 və 1,8 milyard dollar), Krasnodar diyarının keçmiş qubernatoru və "Agrokompleks" şirkətinin sahibi Aleksandr Tkaçev (1,8 milyard dollar) və keçmiş Yandex proqramçısı, "Nebius Group"un həmtəsisçisi Vladimir İvanov (1 milyard dollar) yer alır.

"Forbes" qlobal reytinqində birinci yeri "SpaceX"in təsisçisi və "Tesla"nın baş direktoru İlon Mask tutur. Onun xalis sərvəti 839 milyard dollar qiymətləndirilir. Onu "Google"un təsisçiləri Larri Peyc və Sergey Brin izləyir (müvafiq olaraq 257 və 237 milyard dollar).

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr