Bakı. Trend:
Qlobal Bakı Forumu mövcud olduğu illər ərzində qlobaltəhlükəsizlik, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıqməsələləri üzrə açıq dialoq üçün nüfuzlu beynəlxalq platforma kimiözünü təsdiqləyib.
Bu barədə Trend-əbu gün Özbəkistan Respublikası Prezidenti yanında Strateji vəRegionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripovbildirib.
“Onun fərqləndirici xüsusiyyəti çoxsəviyyəli formatıdır ki, buda fəaliyyət göstərən və sabiq dövlət başçılarını, beynəlxalqtəşkilatların nümayəndələrini və ekspert icmasını bir arayagətirir. Bu isə dünya gündəliyinin əsas məsələləri üzrə siyasibaxışların və ekspert səviyyəsində hazırlanmış həllərin sintezinitəmin etməyə imkan yaradır”, – deyə o qeyd edib.
E. Aripovun sözlərinə görə, Mərkəzi Asiya obyektiv olaraq Şərqilə Qərb, Şimal ilə Cənub arasında mühüm halqaya çevrilir. Lakin buəlaqəliliyin effektivliyi regionun nəqliyyat və kommunikasiyaimkanlarının nə dərəcədə uzlaşdırılmasından asılıdır.
“Biz anlayırıq ki, tranzit potensialı yalnız infrastrukturinkişafının koordinasiyası şəraitində sinerji effekti verə bilər.Bu kontekstdə Azərbaycan xüsusi rol oynayır. Coğrafi mövqeyi vəinkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində Azərbaycan MərkəziAsiya ilə Avropa arasında əsas körpü rolunda çıxış edir”, – deyə obildirib.
E. Aripov vurğulayıb ki, Qlobal Bakı Forumu kimi platformalar buməsələləri geniş beynəlxalq kontekstdə müzakirə etməyə imkanyaradır, infrastruktur təşəbbüslərinə siyasi dəstəyinformalaşmasına və uzunmüddətli layihələrin həyata keçirilməsi üçünetibarlı mühitin yaradılmasına xidmət edir.
“Forum beynəlxalq münasibətlərin yeni arxitekturasınınformalaşdırılması baxımından da xüsusi əhəmiyyətə malikdir. Qlobalparçalanmanın gücləndiyi və etimad böhranının dərinləşdiyi şəraitdəorta ölçülü dövlətlərin öz mövqelərini ifadə edə bildiyi vəqarşılıqlı fəaliyyət qaydalarının hazırlanmasında iştirak etdiyiformatlara ehtiyac artır”, – deyə o qeyd edib.
“Bu, Mərkəzi Asiya üçün regional təhlükəsizlik və dayanıqlıinkişafdan tutmuş iqlim gündəliyi, su problemləri, rəqəmsallaşma vəsüni intellektə qədər geniş məsələlərin müzakirəsinə təsirgöstərmək imkanıdır. Region dövlətlərinin rəqabət qabiliyyəti,onların uzunmüddətli iqtisadi artımı təmin etmək, texnolojimodernləşmə aparmaq və qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyaetmək bacarığı məhz bu tapşırıqların həllindən asılıdır”, – deyə E.Aripov əlavə edib.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin hazırkısəviyyəsindən danışan E. Aripov qeyd edib ki, iki ölkə arasındaəməkdaşlıq tarixi yüksəliş mərhələsindədir.
“Əgər özbək-Azərbaycan münasibətlərinə strateji perspektivdənyanaşsaq, kəmiyyət artımından qarşılıqlı fəaliyyətin yeni keyfiyyətmərhələsinə keçidi təmin etmək lazımdır. Ticarət dövriyyəsinin vəbirgə müəssisələrin sayının artması vacibdir, lakin növbəti mərhələiqtisadiyyatlarımızı daha dərin səviyyədə inteqrasiya edə biləcəkdayanıqlı əlavə dəyər zəncirlərinin formalaşdırılmasıdır”, – deyə obildirib.
Onun sözlərinə görə, əsas istiqamətlərdən biri birgə sənayezonalarının və istehsal klasterlərinin yaradılmasıdır.
“Burada söhbət sadəcə müəssisələrin yerləşdirilməsindən deyil,inkişaf etmiş mühəndis, logistika və rəqəmsal infrastruktura malikinteqrasiya olunmuş məkanların formalaşdırılmasından gedir. Beləzonalar investisiyaların, texnologiyaların və insan kapitalınıncəmləşdiyi inkişaf nöqtələrinə çevrilə bilər”, – deyə E. Aripovqeyd edib.
O həmçinin regionda istehsalın lokallaşdırılmasınındərinləşdirilməsinin vacibliyini vurğulayıb.
“Strateji vəzifə – xammaldan başlayaraq yüksək əlavə dəyərəmalik hazır məhsula qədər region daxilində tam istehsalzəncirlərinin formalaşdırılmasıdır. Bu, xarici şoklara davamlılığıartırır, qlobal fasilələrdən asılılığı azaldır və yeni keyfiyyətliiş yerləri yaradır”, – deyə E. Aripov bildirib.
Bundan əlavə, onun sözlərinə görə, gələcək inkişaf üçün sabit vəproqnozlaşdırıla bilən tənzimləyici mühitin formalaşdırılması,həmçinin xarici iqtisadi siyasətin koordinasiyası mühümşərtdir.
“Qlobal qeyri-sabitlik şəraitində üçüncü ölkələrin bazarlarınabirgə çıxış xüsusi əhəmiyyət kəsb edir. İstehsal güclərini, tranzitpotensialını və investisiya resurslarını birləşdirərək biz dahageniş Avrasiya məkanında xarici iqtisadi iştirakın uzlaşdırılmışmodelini formalaşdıra bilərik”, – deyə E. Aripov yekunlaşdırıb.