ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Qazaxıstan neft hasilatını qrafik üzrə saxlamağı planlaşdırır və Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi səbəbindən səviyyəsini dəyişdirmək niyyətində deyil.
Bizimyol.info xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Düşünürəm ki, planlarımıza sadiq qalacağıq. Və qeyd etdiyim limitlər daxilində qalacağıq", - deyə o, bu məsələ ilə bağlı suala cavab verərkən bildirib.
Nazir daha əvvəl respublikanın bu il təxminən 96-98 milyon ton neft, qaz kondensatı və yüngül karbohidrogen qarışığı istehsal edə biləcəyini bildirmişdi.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.