AZ

Sonuncu kahin öldürüldükdən sonra Bombey məbədə yeni kahin təyin edir, lakin o da çox qalmır Video

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Atəşgah məbədi, Bakının 30 kmliyində Suraxanı kəndində yerləşir. Atəşgah “od evi”, “od məbədi” deməkdir. Məbədin tarixi 17-18-ci əsrlərə aid edilir.

Fransız səyyahı Orsol 1883-cü ildə Atəşgah məbədini ziyarət edir. Sonradan səyyah öz gündəliklərində yazırdı ki, məbədin 30-a yaxın otağı var. Həmçinin Orsol qeyd edirdi ki, sonuncu kahin öldürüldükdən sonra Bombey yenidən məbədə kahin təyin edir, lakin o da burada çox qalmır və bir müddət sonra Hindistana geri qayıdır.

Bütün deyilənlər onu düşünməyə əsas verir ki, “Atəşgah” məbədi təkcə azərbaycanlıların yox, digər millətlərin də inanc yeri olub.

Düzdür, bu gün məbəd Azərbaycanda sadəcə muzey kimi fəaliyyət göstərir. Məbədin otaqlarında keçmiş dövrü əks etdirən fotolar, fiqurlar yer alıb. Məsələn; otaqların birində oda sitayiş edən kahin, digərində meditasiya edən kahin, onların geyim formaları və müxtəlif eksponatlar yerləşdirilib.

Ümumiyyətlə Atəşgah məbədini gəzərkən özünü 17-ci əsrdə hiss etməyə başlayırsan. Çünki otaqlarda müxtəlif inanclara məxsus ayin melodiyaları səsləndirilir. Məsələn; hind tanrılarına məxsus kiçik büstün yer aldığı otaqda dua musiqisi çalınır və özünü başqa bir dünyada hiss edirsən.

Atəşgah muzeyini yazmaqla izah etmək mümkün deyil, görmək lazımdır. Qeyd edək ki, muzeyə giriş üçün təyin olunan ödəniş məbləği də yüksək deyil. Atəşgah məbədini ziyarət edib, mədəni şəkildə ruhunuzu dincəldə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
icma.az

1Mənbələr