AZ

Antonio Koşta Azərbaycanda səfərdədir

Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə o X hesabında paylaşım edib.

Bakıda olduğunu bildirən AB rəsmisi Prezident İlham Əliyev ilə görüşəcəyini diqqətə çatdırıb.

A.Koşta Azərbaycanın AB üçün əsas tərəfdaş olduğunu vurğulayaraq, son bir il ərzində ikitərəfli münasibətlərin yeni enerji qazandığını qeyd edib.

O bildirib ki, tərəflər təhlükəsizlik, enerji, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı daha da dərinləşdirmək əzmindədirlər.

Seçilən
1
konkret.az

1Mənbələr