"Hizbullah" döyüşçüləri İsrailin mümkün hücumuna qarşı hazırlıqlarını davam etdirir.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təşkilat İsrail işğalına qarşı partizan müharibəsinə hazırlaşır.
Bildirilir ki, silahlılar kiçik qruplar halında fəaliyyət göstərir, elektron kommunikasiya vasitələrindən istifadə etmədən İsrailin izləməsini önləməyə çalışır və tank əleyhinə raketlərini ehtiyatlı istifadə edir.
Musavat.com