AZ

İranın Rusiyadakı səfirindən MAQATE-yə ÇAĞIRIŞ

İran Beynəlxalq Atom Enerjisi Agentliyini ölkənin dinc nüvə obyektlərinə hücumların qəbuledilməz olduğunu bəyan etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kazım Cəlali RİA Novosti agentliyinə müsahibəsində bildirib.

Məlumata görə, İranın Rusiyadakı səfiri Kazım Cəlali qeyd edib ki, mövcud şəraitdə Agentliyin bu məsələ ilə bağlı açıq mövqe bildirməsi vacibdir.

O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru İranın dinc nüvə obyektlərinə hücumun yolverilməzliyi barədə lazımi xəbərdarlıqlar etməlidir.

Səfir xatırladıb ki, Agentlik daha əvvəl qəbul etdiyi qətnamələrdə dinc məqsədlər üçün nəzərdə tutulan nüvə obyektlərinə qarşı hər hansı silahlı hücum və ya belə bir təhdidin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, beynəlxalq hüququn və Agentliyin Nizamnaməsinin prinsiplərinin pozulması kimi qiymətləndirildiyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
26
1
redaktor.az

2Mənbələr