AZ

"ABŞ və İsrailin İrana hücumları dünya nizamını poza bilər" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İrana hücumlarının dünya nizamını poza biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Məsud Pezeşkian bu fikri Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı səsləndirib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar İrana qarşı müharibənin və hərbi təcavüzün kök səbəblərini araşdırıb müzakirə edə bilməsələr, dünya nizamı və qlobal təhlükəsizlik pozulacaq və xaosa qərq olacaq.

İran prezidenti həmçinin bildirib ki, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirilməsi davam etdiriləcək.

Məsud Pezeşkian əlavə edib ki, İran İslam Respublikası bölgə ölkələrinə hücum etmək və ya onlarla münaqişəyə girmək niyyətində deyil və zərbələr yalnız ölkə ərazisinə hücumların həyata keçirildiyi hərbi bazalara endiriləcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr