Ankara regional "İslam İttifaqı" quracağı təqdirdə İsrail Türkiyə ilə gələcəkdə qarşıdurma ilə üzləşə bilər.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennett açıqlayıb.
Bennett bildirib ki, Ankara İsrailin təhlükəsizliyini təhdid edə biləcək regional uyğunlaşmanı davam etdirəcəyi təqdirdə, İsrailin İranla münaqişədən sonra Türkiyəyə qarşı hərbi əməliyyatları nəzərdən keçirməli ola bilər.
Onun sözlərinə görə, islamçı siyasi qüvvələr ətrafında qurulan hər hansı bir ittifaq İsrail tərəfindən düşmən blok və birbaşa təhlükəsizlik təhdidi kimi qəbul ediləcək: "Ərdoğanın özü, Colani, Qətər və HƏMAS arasında yeni bir radikal sünni İslam ittifaqı yaratmamasını təmin etməliyik".
Bennett qeyd edib ki, iki ölkə arasındakı gələcək münasibətlər Ankaranın qərarlarından asılı olacaq: "Nəticə etibarilə seçim Türkiyənindir. Əgər onlar sülh axtarırlarsa, biz mütləq sülh istəyirik. Amma bizi terrorla əhatə etməyə çalışsalar, biz boş oturmayacağıq".
Ağarza Elçinoğlu