AZ

KİV: İsrail Somalilenddə hərbi baza qurmaq istəyir

KİV: İsrail Somalilenddə hərbi baza qurmaq istəyir

İsrail 2025-ci ilin sonunda müstəqil dövlət kimi tanıdığı Somalilend ərazisində hərbi baza yaratmaq imkanlarını gizli şəkildə araşdırır.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, artıq ötən ilin iyun ayında İsrail rəsmilərindən ibarət kiçik bir nümayəndə heyəti Qırmızı dənizin girişində strateji mövqe seçmək məqsədilə bölgəyə səfər edib. İsrailin bu addımı Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatına qarşı birbaşa zərbələr endirmək üçün əlverişli platsdarm yaratmaq istəyi ilə izah olunur.

Xatırladaq ki, 26 dekabr 2025-ci ildə Baş nazir Benyamin Netanyahu Somalilendin müstəqilliyini tanıyan ilk BMT üzvü olduqlarını elan etmişdi. Bu qərar "İbrahim sazişləri"nin ruhuna uyğun bir addım kimi təqdim olunsa da, rəsmi Somali tərəfindən "suverenliyin kobud şəkildə pozulması" kimi qiymətləndirilib.

Beynəlxalq birlik Somalilendi hələ də Somalinin bir hissəsi hesab edir. Regionda gərginliyi artıran bu gedişat Türkiyə və Misir kimi ölkələr tərəfindən də mənfi qarşılanıb. Eyni zamanda, husilərin lideri Əbdülmalik əl-Husi Somalilenddə hər hansı İsrail hərbi varlığının onlar üçün "qanuni hədəf" olacağını bəyan edib.

Seçilən
50
afn.az

1Mənbələr