AZ

Qahirədə 350 dən çox misirli tələbə Azərbaycan dilini öyrənir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 11 mart, AZƏRTAC

Misirin Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili şöbəsində Azərbaycan dilinin tədrisi bu il də davam edir.

AZƏRTAC xəbər verir ki, dərslər Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin maliyyə dəstəyi və Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilir.

Fakültənin 2-ci və 3-cü kurslarında təhsil alan 350-dən çox tələbə Azərbaycan dilini maraqla öyrənir. Ana dilimizi Misirdə Azərbaycan diasporunun fəalı İnarə Osmanova tədris edir.

Xatırladaq ki, Misirin bir neçə universitetində Azərbaycan dili tədris olunur.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
1
azertag.az

2Mənbələr