AZ

"Regional ölkələri hədəf almaq niyyətimiz yoxdur" - Pezeşkian

Pakistanın Baş naziri Şahbaz Şərif ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. 

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, tərəflər İsrail-Amerika və İran müharibəsini müzakirə ediblər. 

Pezeşkian İranın regional ölkələrlə müharibə axtarmadığını, lakin özünü qətiyyətlə müdafiə edəcəyini vurğulayıb: "Təəssüf ki, təcavüzkarlar qonşu ölkələrin ərazi bütövlüyündən sui-istifadə edərək infrastruktur obyektlərinə, ictimai yerlərə, xəstəxanalara və məktəblərə hücum ediblər. Yalnız bir halda, Minabda bir məktəbə edilən vəhşi hücumdan sonra 168 günahsız şagird öldürülüb.

İran İslam Respublikasının regional ölkələri hədəf almaq və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur. Yalnız ərazimizə hücum edilən bazalar özünümüdafiə hüququ çərçivəsində hədəfə alınacaq".

Şahbaz Şərif ABŞ və İsrailin hücumunu pisləyərək, İran hökuməti və xalqı ilə həmrəyliyini ifadə edib. O, Ayətullah Seyid Müctəba Xameneini İran İslam Respublikasının yeni lideri seçilməsi münasibətilə təbrik edib və Pakistanın ikitərəfli münasibətlərin gücləndirilməsinə sadiq olduğunu vurğulayıb. 

Ağarza Elçinoğlu 

Seçilən
36
unikal.az

1Mənbələr