
“Sionistlər yenə təhdidlər edirlər və onlar Türkiyəni hədəf göstərirlər”.
Missiya.Az xəbər verir ki, bunu Yenidən Rifah Partiyasının(YRP) təsisçisi və sədri Məhəmməd Əli Fatih Ərbakan deyib.
O bildirib ki, sionizm dəfn edilməyənə qədər bölgədə sülh olmayacaq.
Ərbakan həmçinin qeyd edib ki, İsrail İran xalqının müqavimətini qıra bilməyib və Türkiyədən danışır:
“İran xalqı onlara layiqli cavabı verir. Türkiyə olaraq İran xalqının haqlı davasında onların yanındayıq. Eyni zamanda Türkiyə olaraq sionizmin bütün təxribatlarına hazır olmalıyıq", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az