AZ

“Türkiyə olaraq İran xalqının haqlı davasında onların yanındayıq” - Fatih Ərbakan

“Sionistlər yenə təhdidlər edirlər və onlar Türkiyəni hədəf göstərirlər”.

Missiya.Az xəbər verir ki, bunu Yenidən Rifah Partiyasının(YRP) təsisçisi və sədri Məhəmməd Əli Fatih Ərbakan deyib.

O bildirib ki, sionizm dəfn edilməyənə qədər bölgədə sülh olmayacaq.

Ərbakan həmçinin qeyd edib ki, İsrail İran xalqının müqavimətini qıra bilməyib və Türkiyədən danışır:

“İran xalqı onlara layiqli cavabı verir. Türkiyə olaraq İran xalqının haqlı davasında onların yanındayıq. Eyni zamanda Türkiyə olaraq sionizmin bütün təxribatlarına hazır olmalıyıq", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr