AZ

Londonda İrana dəstək aksiyası qadağan edilib

Bakı. Trend:

Britaniya polisi bir qrup ictimai fəalın bazar günü Londonunmərkəzində keçirməyi planlaşdırdığı İrana-dəstək yürüşünü qadağanedib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Polis idarəsi bunu Yaxın Şərqdəki münaqişə və fərqli cəbhələrarasında olan gərginliklə əlaqələndirərək, yürüş zamanı İranəleyhdarlarının da aksiya keçirə biləcəyi və toqquşma ehtimalınınolduğunu bildirib.

Məlumata görə, İrana dəstək aksiyası İranyönümlü olduğu deyilənİslam İnsan Haqqları Komissiyasının hər il keçirdiyi “Qüds” yürüşüçəçrivəsində planlaşdırılırdı.

Polisin yaydığı bəyanatda deyilir: “Yaxın Şərqdəki qeyri-sabitvəziyyətin etiraz aksiyalarına mümkün təsirini nəzərə almışıq. İranrejimi Britaniyanın müttəfiqlərinə və xaricdə yerləşən hərbibazalara hücum edir.Biz təhlükəsizlik xidmətlərinin Böyük Britaniyaərazisində İran rejimindən qaynaqlanan təhdidlər barədə açıqxəbərdarlıqlarını da nəzərə almalıyıq”.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
59
1
az.trend.az

2Mənbələr