ain.az bildirir, 525.az saytına əsaslanaraq.
“Neftin qiymətindəki hər 1 dollarlıq artım Azərbaycan üçün ildə təxminən 300-350 milyon dollar əlavə ixrac gəliri yaradır”.
Bunu 525.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
O bildirib ki, bu məbləğin təxminən 150 milyon dolları birbaşa dövlət büdcəsinin gəlirlərinə təsir edir:
"Əgər neftin qiyməti 10 dollar artsa, bu, Azərbaycanın əlavə gəlirlərinə müsbət təsir göstərəcək. On dollarlıq bahalaşma hesabına təxminən 3-3,5 milyard dollar əlavə ixrac gəliri, təxminən 1,5 milyard dollar isə əlavə büdcə gəliri formalaşacaq".
Eyyub Kərimli qeyd edib ki, bu hesablama Azərbaycanın gündəlik təxminən 0,5-0,6 milyon barel neft istehsal etməsi faktına əsaslanır.
Bununla yanaşı, ekspert vurğulayıb ki, neft qiymətlərinin yüksəlməsi hər zaman müsbət faktor kimi qiymətləndirilməməlidir:
“Enerji daşıyıcılarının bahalaşması qlobal iqtisadiyyatda inflyasiyanın sürətlənməsinə də səbəb olur”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.