AZ

142 nömrəli avtobuslardan ŞİKAYƏT: Bir saat intervalla gəlirlər, yolda qalırıq VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Binəqədi yolu - "20 Yanvar" istiqamətində fəaliyyət göstərən 142 nömrəli marşrut avtobuslarının hərəkət intervalı sərnişinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a şikayət daxil olub.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Şikayətçilərdən birinin sözlərinə görə, avtobuslar çox gec, bəzən bir saat intervalla gəlirlər.

"Nəticədə yollarda qalırıq. Bəzən avtobuslar dalbadal gəlir, amma sonra uzun müddət görünmürlər. Kənd yolunda çox adam qalır. Avtobus gələndə isə o qədər sıxlıq olur ki, minib düşmək məşəqqətə çevrilir. Budan əlavə, axşam saat 10-dan sonra ümumiyyətlə avtobus tapmaq mümkün olmur", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, 142 nömrəli marşrut xətti müsabiqəyə təqdim olunub və artıq qalib də müəyyən edilib.

"Yaxın zamanda yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək", - deyə T.Orucov vurğulayıb.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
127
oxu.az

1Mənbələr