AZ

Forbes dan İLGİNC ARAŞDIRMA Trampın sərvəti 6,5 milyarda çatdı: Kriptovalyuta, BƏƏ ilə sövdələşmə FOTO

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İkinci prezidentliyi dövrü Donald Tramp üçün uğurlu olub. İstər Yaxın Şərqdə bağladığı sövdələşmələr, kriptovalyutaları tanıtması, mülklərində məşhur şəxsləri qəbul etməsi, Trampın özünün və ailəsinin hələ də biznesdə olduğunu sübuta yetirib.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur "Forbes" jurnalı məqalə dərc edib. Qeyd olunub ki, Ağ Ev liderinin sərvəti hazırda 6.5 ​​milyard dollardır - bu, əvvəlki illə müqayisədə 1.4 milyard dollar çoxdur. Jurnalın məlumatına görə o, planetin 3 428 milyarderi arasında 55 pillə irəliləyərək 645-ci yerdə qərarlaşıb.

Məqalədə qeyd olunub ki, Donald Tramp əsasən kriptovalyuta sövdələşmələrindən gəlir əldə edib. O, ailəsi ilə birlikdə 2024-cü ilin sentyabrında yaratdığı "World Liberty Financial" şirkətinin buraxdığı kriptovalyuta tokenlərinin satışından təxminən 550 milyon dollar qazanıb. Daha sonra onun və şirkətdəki tərəfdaşlarının, o cümlədən milyarder, xüsusi elçisi Stiff Uitkoff və ailəsinin "World Liberty Financial" şirkətinin 49%-lik payını Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri və BƏƏ kral ailəsinin üzvü Şeyx Təhnun bin Zayed Ən Nəhyanın dəstəklədiyi "Aryam Investment" şirkətinə satdıqları bildirilir. "Forbes"in hesablamalarına görə, bu, D.Trampa əlavə 200 milyon dollar qazandırıb.

Məqalədə qeyd olunub ki, əgər kriptovalyuta qiymətlərindəki son yavaşlama və "Truth Social"ın ana şirkəti olan "Trump Media and Technology Group"un səhmləri olmasaydı, Trampın xalis sərvəti daha da çox olardı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
oxu.az

1Mənbələr