AZ

İran yeni ali liderin "sağlam" olduğunu bildirib

İranın yeni ali lideri Müctəba Xamenei müharibənin ilk günündə ayaqlarından yaralanıb və məhz buna görə də seçildiyi gündən ictimaiyyətə çıxmayıb və heç bir açıqlama verməyib. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" üç iranlı mənbəyə istinadən yazıb.

NYT-nin həmsöhbətlərinin sözlərinə görə, Xameneinin yaralanması barədə onlara "daha yüksək vəzifəli hökumət rəsmiləri" məlumat verib. Onlar iddia edirlər ki, İranın yeni ali lideri huşundadır və məhdud əlaqə vasitələri olan xüsusi mühafizəli yerdə gizlənir.

"The New York Times"ın iki israilli hərbi rəsmisinə istinadən yazdığına görə, İsrail də Müctəba Xameneinin fevralın 28-də yaralandığı qənaətinə gəlib.

Qəzetin qeyd etdiyi kimi, yeni ali liderin yaralanmasının dolayı təsdiqlərindən biri onun dövlət televiziyasında və dövlət agentliyi "İRNA"da xatırlanması olub - orada Xamenei seçildikdən sonra "yaralı müharibə veteranı" adlandırılıb. Bundan əlavə, nüfuzlu dövlət dini xeyriyyə təşkilatı olan "İmdad Komitəsi"nin təbrik bəyanatında Xamenei müharibədə yaralanmış veteranı ifadə edən fars terminilə adlandırılıb.

İran Xameneinin yaralanmasını inkar edir. İslam respublikasının prezidentinin oğlu Yusif Pezeşkiyan yeni ali liderin sağlam olduğunu bildirib. " Cənab Müctəbanın yaralandığı xəbərini eşitdim. Onunla əlaqə saxlayan dostlarımdan soruşdum. Onlar dedilər ki, Allahın lütfü ilə o, sağlamdır və heç bir problemi yoxdur", - o, martın 10-da "Telegram" kanalında yazıb.

Almaz Həsənli

Seçilən
2
1
oxumeni.az

2Mənbələr