Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrailin "Maarif" qəzeti İranla davam edən müharibəyə baxmayaraq, İsrail üçün əsas strateji təhlükənin Türkiyə olduğunu yazıb. Qəzetin analizində qeyd olunur ki, Ankara Yaxın Şərqdə getdikcə güclənir və gələcəkdə İranla müqayisədə daha ciddi strateji risk yarada bilər.
Məqalədə israilli analitik Yitzhak Brick İsrailin təhlükəsizlik siyasətini tənqid edərək bildirib ki, ölkə həddindən artıq Hərbi Hava Qüvvələrinə güvənir və güclü quru ordusuna ehtiyacı görməzlikdən gəlir. Onun sözlərinə görə, çox cəbhəli regional müharibə ehtimalı fonunda yalnız hava gücü ilə qalib gəlmək mümkün deyil.
Analizdə qeyd edilir ki, İranla müharibə əsasən “uzaqdan aparılan hava müharibəsi” xarakteri daşıyır və İsrailin İrana quru qoşunları göndərmək niyyəti yoxdur. Lakin eyni vaxtda Livan, Suriya və digər istiqamətlərdən hücumlar olarsa, təkcə hava qüvvələri İsrailin təhlükəsizliyini təmin edə bilməz.
Məqalədə vurğulanır ki, İsrail Tehrana fokuslandığı halda, Türkiyə regionda güclənərək Yaxın Şərqdə dominant gücə çevrilmək istiqamətində irəliləyir. Qəzetə görə, İsrail gələcək təhlükələrə hazırlaşmasa, bu vəziyyət ölkə üçün ciddi təhlükəsizlik problemi yarada bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.