AZ

Zaxarova cəfəngiyyat danışır: Rus dili çoxdan ölüb, sadəcə basdıran lazımdı RƏY 

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Kiyev və bəzi Avropa təşkilatlarının ideoloqlarının rus dilini ləğv və ya qadağan etmək cəhdləri nəticə verməyəcək”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarova iddia edib ki, danışanların sayına görə rus dili dünyada doqquzuncu yeri tutur və bu dildə 255 milyondan çox insan danışır.

Siyasi şərhçi Azər Həsrət isə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, M.Zaxarovanın dedikləri cəfəngiyyatdan başqa bir şey deyil. Rus dili çoxdan ölüb, sadəcə basdıran lazımdı: 

- Rus dili hazırda beynəlxalq platformalarda ümumiyyətlə işlədilmir. Hətta siz fikir verirsinizsə, MDB dövlət başçıları da bir-biriylə ingilis dilində danışırlar. Cənab Prezident İlham Əliyevlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü zamanı da hər ikisi ingilis dilində danışırdı. Halbuki ikisi də rus dilini gözəl bilir, rahatca bu dildə danışa bilərdilər. Amma buna ehtiyac olmadı, rus dilində danışmadılar. Rus dilində danşanların sayı M.Zaxarovanın iddia etdiyi qədər deyil. Rusiya rəhbərliyi çalışır ki keçmiş sovet məkanında rus dilinin mövqelərni qorusun, amma qoruya bilməyəcək. Keçmiş sovet məkanına, hazırkı MDB məkanına baxsaq, Azərbaycanda rus dili yoxdur. Azərbaycan Konstitusiyasında dövlət dili Azərbaycan dilidir. İkinci bir rəsmi,ya danışıq dili ilə bağlı heç bir maddə yoxdur. Moldova, Ukrayna, Gürcüstanda rus dili işlədilmir. Hətta Rusiyanın vassalı olan Ermənistanda da rus dilinə yer yoxdur artıq. Qalır Qırğıızıstan, Qazaxıstan. Qazaxıstanda indiyədək rus dili rəsmi statusa malik idi,  qazax dili ilə bərabər işlədilirdi. Qazaxıstanda martn 15-də yeni Konstitusiya qəbul ediləcək. Yeni Konstitusiyada isə dəyişkilik edilib, bərabər yox, yanaşı işlədiləcək ifadəsi əlavə edilib. Tacikistanda rus dili millətlərarası ünsiyyət vasitəsi kimi qalır. Bütün bunların fonunda rus dili ilə bağlı deyilənlərin cəfəngiyyat olduğu görünür. Türkmənistanda, Özbəkistanda rus dili faktiki işlənmir. Orta Asiyadan gələnlər də ingilis dilində danışır artıq. Rus dili ilə bağlı ümumi mənzərəyə baxdıqda M.Zaxarovanın optimistliyini bölüşə bilmərəm. Rus dili tarixin arxivinə yuvarlanır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
sherg.az

1Mənbələr