Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Almaniyanın idman və lüks avtomobil istehsalçısı “Porsche” şirkətinin 2025-ci ildə xalis gəliri əvvəlki illə müqayisədə 91,4% azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat şirkətin illik hesabatında öz əksini tapıb.
Məlumata görə, şirkətin vergidən sonrakı gəliri 2025-ci il üçün 310 milyon avro təşkil edib.
Digər tərəfdən, 2025-ci ildə satışlar 2024-cü illə müqayisədə 10% azalaraq təxminən 36,3 milyard avroya düşüb.
Mütəxəssislər hesab edirlər ki, “Porsche”nin bu göstəriciləri qismən qrupun gələcək strategiyasındakı kəskin dəyişikliklərlə bağlıdır. Belə ki, rəhbərlik batareya istehsalı da daxil olmaqla, elektrikli nəqliyyat vasitələrinin inkişafı ilə bağlı iddialı planlardan imtina etmək qərarına gəlib. Yeni elektrikli nəqliyyat vasitələri modellərinin planlaşdırılan istehsalı təxirə salınıb və “Porsche” indi investisiyalarının daha çox hissəsini daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin istehsalına cəlb etməyi planlaşdırır. Bu uyğunlaşma tədbirləri şirkətə təkcə 2025-ci ildə əlavə 3,1 milyard avroya başa gəlib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.