AZ

İradə Rizazadə: “Boşanmaların səbəbləri ilə bağlı geniş tədqiqatlara və statistikaya ehtiyac var”

İTV-nin “Sabaha saxlamayaq” verilişində boşanma və aliment məsələləri müzakirə olunub.

QHT.az xəbər verir ki, verilişdə çıxış edən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə bildirib ki, cəmiyyətdə aliment məsələsi ilə bağlı müxtəlif fikirlər mövcuddur və bəzən bunun boşanmalara səbəb olduğu iddia edilir. Onun sözlərinə görə, bəzi hallarda insanlar aliment əldə etmək üçün bu yolu seçə bilər, lakin bu, ümumi mənzərəni əks etdirmir. İradə Rizazadə qeyd edib ki, qanunvericiliyə əsasən aliment yalnız boşanma halında deyil, nikah davam etdiyi halda da tələb oluna bilər:

"Boşanmaların səbəblərini dəqiq müəyyənləşdirmək üçün daha geniş tədqiqatların aparılmasına ehtiyac var. “Müxtəlif illərdə on minlərlə boşanma faktı qeydə alınır və bu rəqəmlər kifayət qədər yüksəkdir. Lakin bu proseslərin arxasında dayanan səbəblərin sistemli şəkildə araşdırılması vacibdir. Bu sahədə mediasiya institutunun imkanlarından daha geniş istifadə edilməli, statistik məlumatlar ictimaiyyətə təqdim olunmalı və maarifləndirmə tədbirləri artırılmalıdır".

O əlavə edib ki, problemin həlli üçün hüquqi biliklərə əsaslanan mexanizmlərin hazırlanması və cəmiyyətin məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir.

 

Pərvanə Fərhadqızı

Seçilən
101
qht.az

1Mənbələr