AZ

Gərgin rəqabət mühiti formalaşacaq Təhsil eksperti

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

«2026-cı ilin göstəriciləri son illər ərzində qeydə alınmış ən yüsək göstəricidir. Statistika da bunu sübut edir. Ötən il ali təhsil müəssisələrinə qəbul oluna bilməyənlərin sayında da artım oldu. Ötən il qəbul oluna bilməyənlər bu il yenə özlərini sınayacaq. O cümlədən də XI sinif şagirdlərinin ümumi sayı ötən illərə nisbətən çoxdur. Bu da 2008-2009-cu illərdə daha çox körpənin dünyaya gəldiyini təsdiq edir. Bəziləri IX illikdən kolleclərə qəbul olunub. Əvvəlki illərin məzunları ilə bilki məzunların say çoxluğu əmələ gətirməsi ümumi rəqabəti də artırır”.

Bunu təhsil eksperti Elçin Əfəndi 525.az-a bildirib. O qeyd edib ki, dəqiq bilinmir ki, bu abituyentlərin ali təhsiləmi yönələcək, orta ixtisas təhsilinəmi. Onlar daha çox hansı  ixtisas qruplarına müraciət edəcəklər. Bu barədə indidən danışmaq çox tezdir:

“Məsələn, 6 min plan yeri ayrılarsa hər 2-3 abituriyentdən yalnız birinin qəbul şansı olacaq. Gərgin rəqabət mühiti formalaşacaq və bu da təbii ki, keçid ballarına təsir göstərəcək”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
110
525.az

1Mənbələr