Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2131 nömrəli Fərmanına əsasən kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı 01.01.2023-cü il tarixdən etibarən 10 (on) il müddətində ödənilir.
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən elektrik eneriisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə maliyyə yardımı ödənilir.
Sahibkarlar kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi məqsədilə ay bitdikdən sonra növbəti ayın 5-dək Dövlət Vergi Xidmətinin internet portalında (https://new.e-taxes.gov.az) şəxsi elektron kabinetin "Ərizələr" bölməsində "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi ərizəsi" adlı elektron müraciət forması ilə vergi orqanına müraciət edilməlidir. Müraciət ay bitdikdən sonra növbəti ayın 5-dək edildikdə vergi orqanı müraciətə növbəti ayın 15-dək baxır və ödəniləcək maliyyə yardımının məbləğini müəyyən edir. Müraciət ay bitdikdən sonra növbəti ayın 5-dən sonra edildikdə vergi orqanı həmin müraciətləri təqdim edildiyi aydan sonrakı ay üzrə nəzərə alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31