AZ

Bu şəxslər daha çox pensiya ala bilər - MÜHÜM DETAL

Bir çox insan pensiya yaşına çatdıqdan sonra kartına köçən məbləği görüb eyni sualı verir: "Axı mən illərlə işləmişəm. Niyə pensiyam bu qədər azdır və onu necə artırmaq olar?"

Mütəxəssislər bildirirlər ki, pensiya sadəcə dövlətin verdiyi sosial yardım deyil. Bu, vətəndaşın illər ərzində topladığı vəsaitdir. Pensiya təyin olunarkən şəxsin əmək stajı, maaşı və pensiya fonduna ödənilən sosial sığorta haqları nəzərə alınır.

Day.Az xəbər verir ki, pensiya təyin edilənə qədər vətəndaşın bütün sosial göstəriciləri və pensiya kapitalı hesablanır. Yəni insanın işlədiyi müddətdə ödədiyi sığorta haqları və topladığı kapital pensiyanın məbləğinin müəyyənləşməsində əsas rol oynayır.

Çoxlarını maraqlandıran suallardan biri də budur: niyə eyni vəzifədə, eyni müəssisədə və eyni illərdə işləyən iki nəfər fərqli məbləğdə pensiya alır?

Mütəxəssislərin sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər. Məsələn, eyni vəzifədə çalışan işçilərdən biri daha yüksək maaş almış və ya əlavə mükafatlar qazanmış ola bilər. Bu mükafatlardan da sosial sığorta haqları ödənildiyi üçün həmin şəxsin pensiya kapitalı daha çox formalaşır və nəticədə aldığı pensiya məbləği də fərqli olur.

Elcan Turan
Day.Az

Seçilən
58
day.az

1Mənbələr