AZ

Beynəlxalq maliyyə bazarlarında risklərin idarə olunması mexanizmi BDU da ustad dərsi

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “PAŞA Bank”ın faiz riskləri üzrə baş analitiki Elnur Əlimərdanovun “Beynəlxalq maliyyə bazarlarında risklərin idarə olunması mexanizmi” mövzusunda ustad dərsi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ustad dərsində beynəlxalq maliyyə bazarlarında formalaşan risklərin növləri, onların bank sektoruna, investisiya qərarlarına təsiri, qiymətləndirilməsi və idarə olunması üçün istifadə olunan müasir analitik yanaşmalar müzakirə olunub. Elnur Əlimərdanov qlobal maliyyə bazarlarında faiz dərəcələri, valyuta məzənnələri və likvidlik risklərinin idarə olunması mexanizmlərini real nümunələr əsasında tələbələrə izah edib. Təlim zamanı maliyyə institutlarında risklərin ölçülməsi və proqnozlaşdırılması prosesində statistik və ekonometrik metodların rolu xüsusi vurğulanıb. Bildirilib ki, beynəlxalq maliyyə bazarlarında sabit və əsaslandırılmış qərarların qəbul edilməsi üçün analitik yanaşmaların və məlumat əsaslı modellərin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, bank sektorunda karyera imkanları və maliyyə analitikası sahəsində tələb olunan bacarıqlar haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
azertag.az

1Mənbələr