İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında bildirib ki, İran İslam Respublikasına qarşı həyata keçirilən hücumlara cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi bazalarına zərbələr endirməyə davam edəcək.
Vətəninfo.az xəbər verir ki, İranın dövlət televiziyası və radiosu prezidentin sözlərini sitat gətirərək yazıb: “Ölkəmizə hücum etmək üçün istifadə edilən bazalar qanuni hüquqlarımız çərçivəsində hədəfimiz olaraq qalacaq.”
Pezeşkian həmçinin beynəlxalq ictimaiyyəti və təşkilatları İrana qarşı başlanan müharibənin arxasında duranların müəyyən edilməsi üçün araşdırma aparmağa çağırıb. O, bu məsələyə laqeyd yanaşmağın qlobal nizam və təhlükəsizlik sisteminə zərər verəcəyini, regionu qeyri-sabitliyə və xaosa sürükləyəcəyini vurğulayıb.