AZ

68 yaşlı qadına SƏRT HÖKM: 11 il müddətinə azadlıqdan MƏHRUM OLUNDU – VİDEO

Zaporojenin yaşlı sakini Ukrayna ordusuna pul köçürdüyü üçün 11 il həbs cəzası alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Zaporoje vilayətinin 68 yaşlı sakini Ukrayna Silahlı Qüvvələrinə (VSU) pul köçürdüyü üçün 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi zamanı yaşlı qadın dövlətə xəyanət ittihamı ilə mühakimə olunub.

İstintaq materiallarına əsasən, o, Ukrayna ordusuna maliyyə yardımı göstərməkdə təqsirli bilinib. Məhkəmənin hökmü ilə qadın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hadisə ilə bağlı ətraflı araşdırma aparılıb və təqsirləndirilən şəxsin bank köçürmələri sübut kimi təqdim edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
93
1
interpress.az

2Mənbələr