AZ

Dünyanın xilası insanın öz daxilində baş verən səssiz inqilabdan keçir

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müasir dünya dəyərlərin aşındığı, mənəvi meyarların sarsıldığı və vicdanın yorulduğu mürəkkəb bir tarixi mərhələdən keçir. İnsanlıq böyük elmi və texnoloji tərəqqi əldə etsə də, mənəvi sahədə eyni dərəcədə irəliləyə bilmədiyi üçün ruhən yorulmuş və daxili tarazlığını itirmişdir. Bununla belə, bütün böhranlara və mənəvi sarsıntılara rəğmən bir həqiqət dəyişməz olaraq qalır: insan hələ də yaxşılığa möhtacdır və yaxşılıq hələ də mümkündür.Tarixin ən qaranlıq dövrlərində belə insan vicdanının ilahi mənşəli işığı tamamilə sönməmişdir. Çünki vicdan insan varlığında Yaradanın qoyduğu mənəvi istiqamət kompasıdır. Bu işıq bəzən zəifləyir, bəzən dünyanın ehtirasları və mənfəətləri altında kölgədə qalır, lakin heç vaxt tamamilə yox olmur. Hər bir insanın daxilində gizli şəkildə yaşayan bu cövhər insanı yaxşılığa, mərhəmətə və ədalətə çağıran ilahi bir səslənişdir.Məhz buna görə də ümidin və mənəvi dirçəlişin yolu yenə də insandan – onun vicdanından, mərhəmətindən və yaxşılıq etmə iradəsindən keçir. Çünki insan öz fitrətinə qayıtdıqca, vicdanının səsinə qulaq verdikcə və başqalarının həyatına həyat qatmaq üçün çalışdıqca dünya da yenidən mənəvi nəfəs almağa başlayır.Əslində, dünyanın xilası böyük ideologiyalardan daha əvvəl insanın öz daxilində baş verən səssiz inqilabdan keçir. İnsan dirçəldikcə dünya da dirçəlir. İnsan yaşadıqca və yaşatmaq idealını həyatının mənasına çevirdikcə dünya da yaşamağa və ümidini qorumağa davam edir.Məhəmmədəli Babaşlı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
newscenter.az

2Mənbələr