AZ

Çinin bu təyyarəsi ilk dəfə görünütüləndi FOTO

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ–İsrail və İran arasında davam edən müharibənin davam etdiyi bir dönəmdəÇinin hazırladığı yeni nəsil havadan erkən xəbərdarlıq təyyarəsi gündəmə gəlib. 

Məlumata görə, bu layihə Çinin hava müdafiəsi və komanda-idarəetmə imkanlarını gücləndirməyi hədəfləyir. 

Hərbi analitiklər hesab edir ki, yeni platforma ölkənin hava məkanına nəzarət və erkən xəbərdarlıq imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

“Kongjing-3000” havadan erkən xəbərdarlıq və idarəetmə (AEW&C) missiyaları üçün hazırlanıb. Bu tip təyyarələr güclü radar sistemləri vasitəsilə yüzlərlə kilometr məsafədə olan hava hədəflərini müəyyən edə bilir və döyüş təyyarələrinin fəaliyyətini koordinasiya etmək imkanına malikdir.

Yayılan görüntülərdə təyyarənin üzərində böyük radar sistemi yerləşdiyi görünür. Bildirilir ki, yeni model Çinin mövcud erkən xəbərdarlıq təyyarələri ilə müqayisədə daha inkişaf etmiş sensorlar və komanda-idarəetmə sistemləri ilə təchiz olunacaq.

Hərbi ekspertlərin fikrincə, bu layihə xüsusilə Cənubi Çin dənizi və Tayvan ətrafındakı hava məkanında erkən xəbərdarlıq və hava üstünlüyü imkanlarını gücləndirmək məqsədi daşıyır.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azpolitika.info

1Mənbələr