AZ

Süni intellektdən istifadə edən texnologiyaları özəl sektor ortaya qoymalıdır – Fariz İmsayılzadə

Bakı. Trend:

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi sifarişçi kimi çıxışedir. Çünki nazirliyinin özünün texnoloji imkanları o qədər deyilki, orada mühəndislər, proqramçılar işləsinlər, yeni tətbiqlərortaya qoysunlar.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədrmüavini Fariz İsmayılzadə parlamentin Aqrar siyasət komitəsindəkeçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələrvə perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Sədr müavini bildirib ki, bu tətbiqləri, proqramları, süniintellektdən istifadə edən texnologiyaları özəl sektor ortayaqoymalıdır, müəyyən şirkətlər ortaya çıxarmalıdır:

“Bizdə proqramçılar qrupları yaranmalıdır. Yəni bu sahədə bizdəhələ bir az boşluq var. Azərbaycanda bu sahə bir qədər zəif inkişafedib. Düzdür, bizim gənc IT mütəxəssislərimiz var, amma hansısadünya ölkəsi ilə rəqabət apara biləcək tətbiqin ortaya qoyulduğunumən hələ görməmişəm: startaplar olsun və ya digər layihələr olsun –bu sahəyə biz diqqət etməliyik. Çalışmalıyıq ki, Azərbaycanda yerliməhsullar inkişaf etsin, yerli tətbiqlər, yerli süni intellektləbağlı proqramlar yaradılsın”.

Millət vəkili bildirib ki, bunun üçün də özəl sektor, təhsilmüəssisələri və dövlət qurumları birlikdə çalışmalıdır:

“Yəni bu üçtərəfli tərəfdaşlıq olmalıdır. Dövlət qurumları,bəlkə, sifarişçi kimi çıxış edir, özəl sektor məhsullar ortayaqoyur – tətbiqlər, proqramlar, yeni icadlar. Elmi müəssisələr isəbunun üçün kadr hazırlayır.

Əgər bu üçtərəfli tərəfdaşlıq olarsa və doğrudan da Azərbaycanözəl şirkətləri və proqramçıları yeni məhsullar ortaya qoyabilərlərsə, biz gələcəkdə bunu xaricə də sata bilərik. ÇünkiAzərbaycan bazarı kifayət qədər kiçik bazardır. Əgər regionalbazara baxsaq – Orta Asiya, Cənubi Qafqaz, Rusiya, Yaxın Şərq – buölkələrə də öz tətbiqlərimizi, öz IT məhsullarımızı sata bilərik.Beləliklə, biz artıq ixracla da məşğul ola bilərik və bundanmüəyyən qazanc əldə edə bilərik.

Kənd təsərrüaftı nazirinin diqqətini bu məsələyə cəlb edim: biznecə edə bilərik ki, təkcə Azərbaycan bazarı üçün yox, regionalbazar üçün tətbiqlər və həllər təklif edək? Bununla da IT sahəsidaha da inkişaf edə bilsin”.

Seçilən
34
5
az.trend.az

7Mənbələr