AZ

Azərbaycan Türkiyə münasibətlərinə zərbə vurmaq istəyənlərin planı baş tutmayacaq

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Zaman-zaman ən həssas məqamlarda Azərbaycanla Türkiyə arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərinə kölgə salmağa, ona zərbə vurmağa çalışılıb. Hazırda da eyni mənfi tendensiyanı müşahidə edirik. Təəssüflər olsun ki, bu cür mənfi hal təkcə qardaş ölkədə deyil, eləcə də Azərbaycanda da hiss olunur. Sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən Bakı ilə Ankara arasında gərginlik yaratmağa yönəlik fikirlər əks olunur".Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyənlərin xain planı baş tutmayacaq:"Azərbaycan-Türkiyə münasibətləri tarixin sınağından üzü ağ çıxıb. Heç bir qüvvə, heç bir media qurumu, yaxud sosial şəbəkə istifadəçisi bu münasibətlərə xələl gətirmək gücündə deyil. Həmin qüvvələrə ən layiqli cavab bu günlərdə İranın Naxçıvana dron hücumu ərəfəsində Mustar Respublikaya uçan təyyarələrin İqdır limanına eniş etməsi və vətəndaşlarımızın İqdırda gül-çiçəklə qarşılanması oldu".Arzuman Muradlı qeyd edib ki, bu cür məqamlarda cəmiyyət də ayıq-sayıq olmalı, iki dost-qardaş arasında nifaq yaratmaq istəyənlərə imkan verməməlidir.Qeyd edək ki, son vaxtlar Türkiyədə bəzi sosial şəbəkə hesablarında Azərbaycan dövləti və onun lideri haqqında xoş olmayan paylaşımlar, fikirlər əksini tapır.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
newscenter.az

2Mənbələr