AZ

Vaşinqton əvvəllər Kiyevin İran PUA-ları ilə mübarizə təşəbbüsünü rədd edib

ABŞ administrasiyası 2025-ci ildə Ukraynanın İranın hücum dronlarına qarşı texnologiya ötürmək təşəbbüsünü rədd edib, lakin sonradan mövqeyini yenidən nəzərdən keçirib. Bu texnologiyaya maraq İranla münaqişə zamanı oxşar dronların genişmiqyaslı hücumlarından sonra artıb.

Herbiand.az bildirir ki, bu barədə Axios portalı adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, təxminən 7 ay əvvəl Ukrayna Vaşinqtona Shahed tipli dronları ələ keçirmək üçün bir sıra həllər təklif edib. Bunlara ucuz tutucu dronlar və aşkarlama sistemləri daxil idi. Kiyev ABŞ rəsmiləri üçün xüsusi təqdimat hazırlayıb və iddia edib ki, bu cür texnologiyalar Yaxın Şərqdəki ABŞ bazalarının və müttəfiq obyektlərinin qorunmasını gücləndirə bilər.

Bu təşəbbüs 18 avqustda Ağ Evdə keçirilən qapalı iclasda müzakirə olunub. İclasda Vladimir Zelenski sözdə “dron əleyhinə mərkəzlər” yaratmaq planını təqdim edib. Onların Türkiyə, İordaniya və Fars körfəzi ölkələrində Amerika hərbi bazalarının yaxınlığında yerləşdirilməsi təklif olunub.

Lakin o zaman ABŞ administrasiyası bu ideyanı həyata keçirməmək qərarına gəlib. Daha sonra ABŞ rəsmilərindən biri etiraf edib ki, Kiyevin təşəbbüsünün rədd edilməsi İrana qarşı hərbi əməliyyatdan əvvəl edilən “taktiki səhvlərdən” biri hesab edilə bilər.

Nəşr həmçinin vurğulayır ki, İranın Şahed PUA-ları Tehran tərəfindən fəal şəkildə istifadə olunur və tutucu raketlərdən xeyli ucuzdur, bu da onları təsirli hücum silahı edir. Bu dronların istifadəsi artıq hazırkı münaqişə zamanı 7 ABŞ hərbçisinin ölümü ilə əlaqələndirilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
72
herbiand.az

1Mənbələr