AZ

Yanvarda dövlət büdcəsinin gəlirləri niyə azalıb? İqtisadçı səbəbləri açıqladı

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"2026-cı ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5% azalıb". 

" AzPolitika" bildirir ki, bunu iqtisadçı Toğrul Maşallı ilin ilk ayının nəticələrini şərh edərlən qeyd edib.

Onun sözlərinə görə, bu azalmanın əsas səbəbi hüquqi şəxslərin mənfəət vergisi, Dövlət Neft Fondundan transfertlər və aksizlərdir. 

“Təxmin etmək olar ki, siqaret və araq istehsalçıları məhsulun əsas hissəsini ötən il istehsal ediblər, ya da bu il istehsalı azaltmaqla məşğuldurlar”, – deyə iqtisadçı vurğulayıb.

Toğrul Maşallının fikrincə, büdcədə artım əsasən dolayı vergilər və vətəndaşların gəlirlərinə aid birbaşa vergilər üzrə müşahidə olunub. 

Rasim

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
azpolitika.info

1Mənbələr