AZ

“Aygünü heç kim əvəz edə bilməz”

Axsham.az saytına istinadən ain.az xəbər verir.

“Aygün Kazımova ilə sözümüz çəp gəlirdi. Sonradan görüşdük də, danışdıq da, ünsiyyətimiz də var. Mən bir insanı ya hərtərəfli qəbul edirəm, ya da etmirəm”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova “Pərvizə görə” verilişində deyib. Aktrisa “Maşın şou”da aralarında inciklik yaranan Xalq artisti Aygün Kazımovadan danışıb:

"Layihədən sonra Aygün xanımla danışmırdıq. Amma həmişə deyirdim ki, şou deyəndə mənim üçün Aygün Kazımovadır. Bu qadının damarında-qanındadır şou, sanki bütün xəmiri şou ilə yoğrulub. Onu heç kim əvəz edə bilməz”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
axsam.az

1Mənbələr