AZ

Telefonun IMEI kodunu yoxlamısınız?

Yazını böyüt
Yazını kiçilt

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Hafta.az xəbər verir ki, Qurumun məlumatına görə, görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 64 min 548 IMEI koda “klon” statusu verilərək blok edilib.

Həmin IMEI kodlar son üç ayda 1 milyon 598 min 524 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 1 milyon 506 min 90 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

“AzInTelecom” MMC mütəmadi şəkildə monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surəti köçürülmüş IMEI kodlara “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Mobil cihazların IMEI kodlarının orijinallığını “mygov” portalında yoxlamaq mümkündür.

Seçilən
66
11
hafta.az

10Mənbələr