AZ

İran ABŞ və İsraildən qisas alacağını bildirdi

İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbülfəzl Şəkərci ABŞ və İsrailin yaşayış məntəqələrinə hücumlarına cavab verəcəklərini açıqlayıb.

Missiya.Az xəbər verir ki, o mülki şəxslərin ölümünə görə tərəflərə ağır zərbələr endiriləcəyini bildirib. 

Şəkərci qeyd edib ki, "Amerika və İsrail orduları silahlı qüvvələrimizlə döyüşə bilmir, çarəsizlikdən günahsız qadın və uşaqları öldürürlər". O, həmçinin vurğulayıb ki, İran xalqı bu hücumlara qarşı hazırlıqlıdır və bölgədəki əhali ABŞ-İsrail qüvvələrinin mövqelərini göstərməklə zərərin minimuma endirilməsinə kömək edə bilər.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr