Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı və Naxçıvan Hərbi Kolleclərinin kursantları orta ixtisas təhsili proqramının tələblərinə uyğun olaraq nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək məqsədilə müvafiq hərbi hissə və təşkilatlarda istehsalat təcrübəsi keçirlər.Təcrübə çərçivəsində kursantlar hərbi xidmətin əsas istiqamətləri üzrə praktiki məşğələlərə cəlb olunur, müasir texnika və avadanlıqlardan istifadə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda, hərbi intizamın möhkəmləndirilməsi, məxfilik rejiminə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması istiqamətində vərdişləri təkmilləşdirirlər.Keçirilən istehsalat təcrübəsi kursantların gələcək xidməti fəaliyyətlərə sistemli şəkildə hazırlanmasında mühüm rol oynayır, onların ixtisas üzrə bilik və bacarıqlarının dərinləşdirilməsinə, peşəkar vərdişlərin formalaşdırılmasına və real xidmət şəraitinə uyğunlaşmasına geniş imkanlar yaradır. Bununla yanaşı, təcrübə prosesi zamanı kursantlarda məsuliyyət hissi güclənir, müstəqil qərarvermə və kollektivlə işləmək bacarıqlarının inkişaf etdirilməsi təmin olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


