AZ

Halit Ergenç və Meryem Üzerli yenidən bir araya gələcək

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə və həmçinin dünya ekranlarında məşhurluq qazanan "Möhtəşəm yüz il" serialından 15 il sonra iki uğurlu aktyor - Halit Ergenç (Sultan Süleyman) və Meryem Üzerli (Hürrem Sultan) kino dünyasında yenidən bir araya gələcəklər.

Hafta.az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, Halit Ergenç və Meryem Üzerli "İmrozda bahar" adlı filmdə rol almağa hazırlaşırlar.

"Sky Films" şirkəti tərəfindən istehsal olunan "İmrozda bahar" filminin artıq hazırlıqlarına başlanılıb. Filmdə adada yolları kəsişən iki fərqli həyat hekayəsindən bəhs edilir. Layihə hər iki sənətçinin karyeralarında əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.

Qeyd edilir ki, Halit Ergenç və Meryem Üzerlinin uzun illərdən sonra eyni film layihəsində yenidən bir araya gəlməsi filmi, həmçinin kinematoqrafik bir qarşılaşmaya çevirir.

Filmin çəkilişlərinə tezliklə başlanılması planlaşdırılır və artıq kino dünyasında böyük maraqla gözlənilir.

Seçilən
38
hafta.az

1Mənbələr