AZ

“Sabah”dan ən böyükhesablı ev qələbəsi: - iki rekord təkrarlandı

“Sabah” premyer-liqada ən böyükhesablı ev qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisi Misli premyer-liqasının 23-cü turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da premyer-liqa çərçivəsində baş tutub. 2022/23 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn “Sabah” eyni uğuru evdə təkrarlayıb.

“Sabah” premyer-liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. 23-cü turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə premyer-liqa görüşündə bu qədər qol vurub.

Seçilən
77
12
football-plus.az

10Mənbələr