AZ

Həsən Həsənov: Gənclərin sadə tarixi biliklərə yiyələnməsi çox önəmlidir

Tarixi bütövlükdə bilmək mütəxəssislərin işidir, amma gənclərin sadə tarixi biliklərə yiyələnməsi çox önəmlidir.

"Report" xəbər verir ki, bunu tarix elmləri doktoru, "Atropatena – Adorbayqan adlı dövlətin yaranması" kitabının müəllifi, keçmiş xarici işlər naziri Həsən Həsənov kitabın rəsmi təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycan tarixinə dair bir sıra monumental əsərlər yazılsa da, gənclər üçün broşür şəklində kitabların nəşri də tarixin asanlıqla mənimsənilməsinə kömək olacaq:

"Kitabda Atropatena dövlətinin hansı xalq tərəfindən və hansı tarixi şəraitdə yaradılması kimi məqamlara toxunulub".

Seçilən
50
far.az

1Mənbələr