AZ

Qırmızı vərəqə aldı, hakimə hücum etdi

İtaliyada gənclər komandalarının oyununda qalmaqallı hadisə baş verib.

Publika.az xəbər verir ki, “Sassuolo” və “Napoli”nin U-20 komandaları arasında keçirilən matç zamanı meydan sahiblərinin 18 yaşlı yarımmüdafiəçisi Troy Tomsa qırmızı vərəqə aldıqdan sonra emosiyalarına hakim ola bilməyib. Həmin anda hesab “Napoli”nin xeyrinə 3:2 olub.

Futbolçu əvvəlcə meydanı tərk etməyə başlayıb, lakin qəfil geri dönərək hakimin üzərinə gedib. Mübahisə zamanı Tomsa referinin qollarından tutub və onu iki dəfə itələyib.

Qəzəblənmiş oyunçunu digər futbolçular sakitləşdirməyə çalışıb. Xüsusilə “Napoli”nin futbolçusu Andrea Smeraldi onu saxlamağa kömək edib.

Tomsa meydanı tərk etdikdən sonra da gərginlik davam edib. Məlumata görə, o, onu sakitləşdirməyə çalışan “Sassuolo”nun məşqçilərindən birini də aqressiv şəkildə itələyib.

Seçilən
31
publika.az

1Mənbələr