AZ

Müctəba Xamenei necə və nə vaxt yaralanıb? ABŞ detalları açıqladı

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın yeni Ali Lideri Müctəba Xameneinin xəstəxanada olduğu barədə məlumat vermişdik.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, onun necə və nə vaxt yaralandığı barədə məlumat yayılıb. Bu haqda "The New York Times" qəzeti yazıb.

Məlumata görə, Müctəba Xamenei 28 fevralda İsrail və ABŞ-ın hücumlarının ilk günündə yaralanıb.

"Xamenei həmin gün ayağından xəsarət alıb, lakin təhlükəsiz bir yerə sığına bilib", - deyə nəşrin mənbələri bildirib.

Qeyd edək ki, məlumatda Xameneinin xəsarətlərinin dərəcəsi və başqa təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, İranın Ekspertlər Şurası Əli Xameneinin oğlu Müctəba Xameneini martın 8-də İslam Respublikasının yeni Ali Lideri təyin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
www.bakupost.az

4Mənbələr