AZ

Şəbnəm efirdə qadağada olmayıb

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müğənni Şəbnəm Tovuzlu efir qadağası qoyulanlar siyahısında adının yazılmasına münasibət bildirib. 

Axşam.az xəbər verir ki, sənətçi bunun sifarişlə edildiyini bildirib:

"Həmin siyahı çıxanda bilirdim ki, mənim adım orada yoxdur. Həm də rəsmi belə bir siyahı yoxdur. Eybi yox, yalan yazanlara heç nə demirəm. əsas kökdə mənim adım qadağalar siyahısında yoxdur. Bilirəm ki, mənim adımı sifarişlə həmin yazıda yazdırıblar. Amma eybi yox, efirə çıxdım və sübut etdim ki, Şəbnəm efirdə qadağada olmayıb".

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkədə "efir qadağası qoyulan ifaçılar" adlı siyahı yayılıb. Siyahıda bir çox ifaçının adı yazılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
3
axsam.az

4Mənbələr