AZ

YAP Nizami rayon təşkilatı iftar mərasimi təşkil etdi - FOTOLAR

Martın 10-da Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi birgə iftar mərasimi təşkil edib.

"Unikal" xəbər verir ki, mərasimdə şəhid ailələrinin üzvləri, YAP Nizami rayon təşkilatının “Heydər Əliyev Məktəbi”nin, “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin iştirakçıları, ağsaqqallar, gənc fəallar, könüllülər iştirak ediblər.

Mərasimin açılışında “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Sahib-Əz-Zaman” məscidinin axundu hacı Natiq İsayev, Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov, birliyin İdarə Heyətinin üzvləri professor İbadulla Hüseynov, Prezident təqaüdçüsü Tapdıq Əlibəyli, şair Zaməddin Hacıyev və başqaları Azərbaycan xalqının tarixi, dili, dini, adət-ənənələri və mədəniyyəti barədə danışıb, milli-mənəvi dəyərlərimizin qorunmasında, Azərbaycançılıq ideologiyasının yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışılıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, Uca Yaradandan dünyada sülhün bərqərar olması, ölkəmizdə əmin-amanlığın daha da güclənməsi dilənib.

Sonra iftar süfrəsi açılıb.

Mərasim yel çərşənbəsi münasibətilə tonqal ətrafında şənliklə davam etdirilib.

Seçilən
22
4
unikal.az

6Mənbələr