
İranın yeni Ali rəhbəri Müctəba Xamenei müharibənin əvvəlində yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti İsrail və İran rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Müctəba Xamenei də atası Seyid Əli Xameneinin öldürüldüyü gün ayaqlarından yaralanıb və bu, onun hələ də ictimaiyyət qarşısına çıxmamasına səbəb olub.
Adlarının açıqlanmasını istəməyən üç iranlı yüksək vəzifəli hökümət rəsmisi isə Müctəba Xameneinin huşunun yerində olduğunu və məhdud rabitə imkanları olan yüksək təhlükəsiz yerdə olduğunu qeyd ediblər.
Daşqın HəsənovMissiya.Az